Üstələmək müvəffəqiyyətin təməl ünsürüdür. Qapını kifayət qədər uzun müddət və yüksək səslə çalarsanız, bəzilərini oyandıracağınızdan əmin ola bilərsiniz.(Henry Wadsworth Longfellow)
Öncəki yazımdan da məlum olduğu kimi məqsədim öz sahəsi üzrə uğur qazanmış təlimçilərdən, idmançılardan, dövlət rəsmilərindən, yazarlardan və s. uğur, uğur qazanmaq haqqında fikirlərini öyrənib biz gənclərlə paylaşmaqdır. İlk müsahibim Toğrul Ələkbərdir.
Haqqında: Bakı Dötlət Universiteti, Beynəlxalq Əlaqələr fakultəsini bitirmişdir. Yerli və beynəlxalq tədbirlərin iştirakçısı, təşkilatçısı və təlimçisidir. Fərdi inkişaf üzrə təlimçi, yazardır.
Uğur və uğur qazanmanın sirri haqqında maraqlı fikirlərə sahibdir. Müsahibəni sizlərlə paylaşıram :)
İlk öncə özünüzü Xəyalınızdakı kimi təsvir edin. Adətən insanlar xəyyallarında daha uğurlu biri olurlar.
İlk öncə Uğurla bağlı fikir bildirmək istərdim. Mən uğur sözü ilə razılaşmıram. Uğur dedikdə bəxt sözünü ona sinonim görürəm. Fikrimcə "Uğur = Müvəffəqiyyət" daha uyğundur. Bunu ilk dəfə dostum Talıbdan eşitmişəm və bununla razıyam.
Xəyalımda gördüyüm 5 - 10 ilin obrazı belədir: Bir işə bağlı adam deyiləm. İşim var, amma bütün gün orda oturmuram. Daha çox yazıçı kimi tanınıram, ilin 3 ayını dağlarda, kəntdə yaşyıram həyat yoldaşım və övladlarımla birgə, kitablarımı orada yazıram. Övladlarım yanımda ola da bilər, olmaya da - onu dəqiq görə bilmirəm. Üzümdə saqqal. Mənim aləmimdə saqqal kişilik simvoludur :) . Bir sözlə, vecsiz yox, sosial aktiv Toğrul. Məsuliyyətli bir vətəndaş.
Uğursuzluq sizə görə nədir? “Niyə axı?...” bu sualı özünüzə vermisinizmi?
Mənə görə Uğursuzluq yoxdur. Var nailiyyət, var təcrübə. Əgər nəsə edirsən alınırsa bu nailiyyətdir, alınmırsa təcrübədir. Təcrübələrim çoxdur əslində. İnsanda əsas şey düşüncə tərzidir. Əgər bir şeyi edirsinizsə həvəsdən düşməyin. Hər işdə bir xeyir var. Çalışın detallara yox, əsas olana fokslanın. "Axı niyə belə oldu? Niyə axı elə oldu?" tipli ifadələrə fokus olmuram. Mən müsəlmanam və çalışıram ki, elə şey deməyim. Əsas olan çalışmaqdır, lakin elə sadə çalışmaq yox, çox, hamıdan çox çalışmaq lazımdır.
Çox adam hədəf və məqsəd anlayışlarını səhv salır. Bu barədə fikirləriniz nədir?
Məqsəd böyükdür hədəf onun bir hissəsidir. Hədəf məqsədə apara yoldur. Məsələn A nöqtəsindən B nöqtəsinə məqsəddir aradakı dayanacaqlar isə hədəf. Vizyonu gördüyünüz təqdirdə insan motivasiyadan düşür və ya məqsəd çox böyük olur. O zaman hədəflərə bölürsənki artıq fokslana biləsən. Diqqət foksu deyilən bir şey var. İnsan diqqətini ora yönəldəndə daha tez ona çatır. Hədəf məqsədə çatmanı rahatlaşdırır.
Uğur, Müvəffəqiyyət nədir?
Müvəffəqiyyətli insan odur ki, onun dəyərləri var və onları bilir. Bütün müvəffəqiyyətli insanlara baxsanız bunu görəcəksiniz. Nəyi nə üçün istədiklərini bilirlər. Bu insanların müəyyən bir vizyonu olur və o bilir ki, nə istəyir. Düşünməlidir, özünə sual verməlidir. Özünə sual vermək elə insanlara xas xüsusiyyətlərdəndir. Ətrafı sağlam olmalıdır və bir çox hallarda ətrafının ondan daha ağıllı olması lazımdır ki, irəliyə getməyə stimulu olsun.
Uğur ya Şans?
Belə bir deyim var. Nəyəsə görə ən çox elə ən çox çalışan insanların bəxti gətirir. Bəli bu doğrudan da elədir, çünki qazanmaq üçün ən çox onlar çalışırlar.
Bir məsələ də var. Gənclərimizin çoxunun öz sahəsində uğur qazanmamamısın səbəbi ailələrinin təkidi ilə seçdikləri yöndür.
Məsələn mənim o tərəfdən bəxtim gətirib, ailəm seçimlərimə həmişə hörmətlə yanaşıb. İnsanın özündən çox şey aslıdır. İlk öncə ailənin sənin fikirlərinə hörmət etməsinə çalışmalısan. Əgər bir insana nə zamansa məsləhət görsəydim o da bu olardı “Bala, seçim etməyi bacarmalısan. Seçim etməkdən qorxmamalısan!”Ən çətini ilk addımı atmaqdır, sonra çox rahat olur. Risk etməyi bacarmalısan.
Liderlik nədir?
Liderlik qərardan başlayır. Bir insan tək də lider ola bilər. Necə? Öz fikirləri var. Şəxsi həyatı barədə qərarları özü verir. Kənardan müdaxilələrə izin vermir. Ətrafımdakılar görürki hayatım yaxşı örnəkdir və onlara kömək etməmi istiyirlər. Liderl olmanın 4 mərhələsi var
- Mən özümü tanıyıram
- Mən özümü idarə edirəm
- Mən cəmiyyəti tanıyıram
- Mən cəmiyyəti idarə edirəm.
Əgər bir insan 4-cü mərhələdədirsə bunların hamısnı keçib deməkdir.
Gənclər adətən bu problemlə qarşılaşırlar. Universitetləri bitirirlər və hər hansı sahə üzrə vakansiyalara CV göndərirlər. Cavab bu olur “Təcrübəniz yetərli deyil minimum 3 il və ya 5 il” və s. Və həvəsdən düşürlər. Burda problem nədədir? Və Məsləhətiniz.
O gənclər gecikiblər. Onların iki variantı var
- Onlar gedən qatarın arxasınnan baxıb ağlamalıdılar
- Bir az gec o biri qatara minməlidirlər
Universitet vaxtından müəyyən etmək lazımdır. Hansı sahəni seçirsən və həmin sahə üzrə təcrübə proqramlarında, təlimlərdə, seminarlarda iştirak etməlidirlər. Bir fərd həmişə inkişafa ac olmalıdır, çalışmalıdır özünü daim inkişaf etdirsin.
Nəticə: Əgər Uğurlu biri olmaq istəyirsinizsə bunlara sahib olmalısınız :)
- Dəyərləriniz olmalıdır
- Risk etməyi bacarmalısınız
- Egoist olmamaq
- Paylaşmağı bacarmaq
- Ətrafınızda sağlam insanların olması, sizdən bir çox hallarda daha ağıllı olmaları
- Detallara deyil əsas olana fokslanmaq
- İnkişafa ac olmaq
- Seçim etməyi bacarmaq
- Fikirinə və fikirlərə hörmət etməyi bacarmaq
Qeyd: Müsahibəni almamışdan əvvəl gördüyüm işin doğru və yanlış olduğu haqqında düşünürdüm. Pozitiv müsahibədən sonra yeni fikirlər, hədəflər canlandı beynimdə. Toğrul Alakbar maraqlı və dəyərli fikirlərinizə görə təşəkkür edirəm :)
Hörmətlə.


إرسال تعليق