Səhv deyil çarə tapın. Henry Ford

Uğur... Bir çoxumuzun özümüzə verdiyimiz suallar: “Mən niyə uğur qazanmıram? Onlar oxuyursa mən daha çox oxuyuram, işləməkdirsə onlardan daha çox işləyirəm” və s. Müsahiblərimdən Uğur haqqında soruşduqda fərqli fikirlər söyləyirlər. Bu müsahibəmdə ölkəmizin sərhədlərini aşmaq, araşdırmamı qardaş ölkə olan Türkiyədə aparmaq qərarına gəldim. Müsahibim Ümit Akpınar.
Haqqında: İş adamı, Aksaray Universiteti Memarlıq və Dizayn Fakultəsinin dekanı.
Sullar eyni olsada müxtəli cavabları oxumağa hazırsınızmı? ;) Əminəm ki, nəticədə Uğur haqqında istədiyiniz cavabı alacaqsınız .

Xəyalınızdakı müvəffəqiyyətli adamı (özünüzü) təqdim edin.

Arzusunda olduğu peşəni seçib, gömrükdə və ya bankda çalışmaq deyil əgər balıqçılığı sevirəmsə balıqçı olardım, müəlliməmsə ən yaxşı müəllim olardım. Bir sözlə sevdiyim işi görərdim. Məsələn mən heç zaman oxumaq haqqında düşünməmişəm. Atam ticarətlə məşğul olduğu üçün məndə ticarətçi olmaq istəmişəm. Böyük bir fabrikim olsun 3000 4000 işləyənim olsun,mən onları işlə təmin edim. Xəyalım bu :)

Hədəf, məqsəd nədir? Nə zaman təyin olmalıdır?

Məncə gənclik çağlarından, 17-18 yaşlarından təyin olunmalıdır. Nə etməliyəm? Necə etməliyəm. Allah hər insana bir yetənək verər. Kimisi rəsmi gözəl çəkər, kimisinin musiqi duyumu var, musiqini gözəl edər. Dolayısı ilə insan aldığı təhsillə Allah verdiyi bu yetənəyi ortaya çıxartmaq lazımdır. Məncə hədəfləri, məqsədi gənclik çağlarından təyin etmək lazımdır.

Uğur nədir?

İnsanın hədəfindəki yerə çatmasıdır

Hər kəs uğur qazana bilərmi? Yoxsa dünyaya gələrkən uğurlu insan olaraqmı gəlinir?

İnsanlar yaşadıqları ölkənin şərtlərinə görə uğurlar qazana bilər. Özümdən örnək verim. Atamdan ayrı ilk ticarətə başladığımda dostlarımdan mark, euro, dollar borc aldım və istehsalata başladım. Dollar, euro Türkiyədə bir anda 3-4 dəfə artdı, devalivasiya oldu. Mən o zaman ancaq qazqandıqlarımla borclarımı ödədim. Bir dostum var idi son 10 ildə inşaat işinə başladı. Başladığında heç pulu yox id :)
Cənabı Allah deyir ki, elmi istəyənə zənginliyi istədiyimizə verərik. Təhsil bizim əlimizdə əgər istərsək oxuyarsaq uğur qazana bilərik, amma zənginlik Allaha məxsusudur sən istədiyin qədər çalış fabrik qur bir gün sel olar gələr hər şeyi yuyub aparar. İnsanlara pula çox tamah salmamalıdırlar. Sadəcə hədəfləri zəngin olmalıdır.

Müvəffəqiyyət qazanmaq üçün nə etmək lazımdır? Nələrdən vaz keçmək lazımdır?

Şəxsi və ailə həyatının, dotları ilə münasibətinin düzgün olması lazımdır. Verdiyi sözə diqqət etməlidir. Bizdə belə bir deyim var “Adam kimi adam”. Həyatda uğurlu olmaq istiyirsənsə bir şeylərdən vazkeçməlisən. Çox çalışmalısan, lazım gəlsə yuxusuz qalıb verdiyin sözləri tutmalısan

Uğur – şansdır ya zəhmət ?

Bəziləri zəhmət bəziləri şansala olur. Ticarətlə məşğulsansa şans, elimlə məşğulsansa zəhmət lazımdır.unnamed

Bəzən uğursuzluqların təməli ailənin doğru istiqamət göstərməməsi olur. Övlad başqa istiqamət istədiyi halda ailə digər yönü göstərir. Sizcə bu doğrudurmu və məsləhətiniz?

Ailələr təcrübələrindən görürlər ki, vəkil və ya həkimin gəliri yaxşıdır. Övladım həkim və ya vəkil olmalıdır! Bu kimi qərarlar verirlər. Ailələr istiqamətləndirməli lakin qəti qərar verməməlidir. Seçimi övlad etməlidir. Çünki gələcəkdə sevdiyi işi görəcək odur. Sanırıq ki, biz çox pul qazandıqda daha xoşbəxt oluruq amma belə deyil.  Sevdiyimiz işi gördükdə xoşbəxt oluruq.

Ən böyük uğrunuz? (varsa hekayəsi)

İlk övladım dünyaya gələndə iş yerim olmuşdu, ikinci övladımda isə istədiyim bankın imtahanından keçmişdim. Övladlarım mənim uğurum olmuşdu.Mən buna inanıram insanların qəlbi təmizdirsə, xoş niyyətlidirlərsə hər iş onlar üçün uğur məncə. Yaxşı insan, pozitiv insan olmaq lazımdır. Hər çətin anda bir xoşbəxtlik axtarmaq lazımdır.

Müvəffəqiyyətli idarəçilik tərzi hansıdır?

Oxumaqla idarəçi olunmaz! Mənim fikrimcə o bir yetənəkdir. Mənim idarəçilərim vardı çox oxumuşdular amma idarə edə bilmirlərdi. Yaxşı idarəçi insanları anlamalı qarşındakına dəyər verməlidir.Məsələn çox oxuyan insan bura gəlir bir məqama oturur. Deyir:
-İşini doğru düzgün et yoxsa izahat yazıraram və s..
Yerinə vəkaltən baxan biri isə belə deyir:
-Bugün işi tez bitirək sizə bir çay ismarlayacam. Məncə insan bir məqama oturduğunda yaxşı idarəedici olmaq istəyirsə özünü qarşısındakı insanın yerinə qoyması lazımdır.

3 addımda müvvəffəqiyyət. Hansı addımları məsləhət görərdiniz?

  1. Səbr
  2.  Çalışmaq
  3.  Şans

Müvəffəqiyyətli olmaqmı çətindir yoxsa o müvəffəqiyyəti saxlamaqmı?

Uğuru saxlamaq çətindir. Mercedess fabrikasına getdiyimdə bir yazı diqqətimi çəkdi. “Uğur təsadüf deyildir”. Uğuru saxlamaq, lider olmaq daha çətindir.

İndiyə qədər tanıdığınız müvəffəqiyyətli insan. Özünzüzə və başqalarına örnək olaraq göstərəcəyiniz.

Mənim Türkiyədə ən müvəffəqiyyətli tanıdığıminsan Sakıp Sabancı və Vehbi Koç dur.
Sabancı ailəsinin firmalarının hepsinin sonu SA ilə bitər. Lassa, brisa ve s. Bu insanlar çox çalışmışlar. İnsanlara zənginəm deyə hava atmamış, siyasətə qarışmamış, həmişə çalışanlarına dəstək olmuşlar. Bu insanlar bir şirkət açmış öz oğlunu oraya müdür gətirməmiş. Bu işi ən yaxşı kim edə bilərsə həmin insanı gətirmişlər. Özünə bir proqram tutmuş 3-6 aydan bir şirkətləri yoxlamış. Heç bir şirkətin müdürnün işlərinə qarışmamış. Demiş ki,  çox çalış mənim firmamın gəliri daha yaxşı olsun. Uğur qazananı mükafatlandırmışlar uğur qazanamayanı işdən çıxartmışlar.
Digər tanıdığım bibimoğludur. Maddi imkannları zəif idi. Çox kitab oxuyardı. Fizika imthananında Türkiyə üçüncüsü, tibb imtahanında Türkiyə ikincisi olmuşdur. Hacettepe tibbin göz bölümünə daxil oldu. İsveçrədə göz təzyiqi üzrə ixtisas artırdı. Bir çox beynəlxalq tibb dərgilərində məqalələri yayımlanıb. Onun qanunları var. Heç çörək yeməz, maşın sürməz, işə piyada gedər sağlamlığına çox diqqət edir. Saat 10-a qədər çalışar ailəsi ilə vaxt keçirər. Hər gün 2 saat 10-dan 12-yə qədər özünə vaxt ayırar. Kitab oxuyur, tibb dərgilərini araşdırır, Quran oxuyur. Məsələn İstanbulda 1 ayda aldığı maaş 20 min dollardı. Ama indi dövlət xəstəxanasında işləyir. 3 min dollar qazanır. İstanbulu sevmədi  gəldi Aksaraya. Xoşbəxtliyi burda tapır. İnsanlar  xoşbəxtliyi üçün çalışmalılar. Pul xoşbəxtlik gətirmir.

Həyatda öyrəndiyiniz ən əsas dərs nədir?

  1. Sağlam olmaq.
  2. Dürüst olmaq əsla yalan söyləməmək. Əhatənizdə əsla yalan söyləməyin

Əgər bilsəydiniz ki bu işi etsəniz uğur qazanacağınız dəqiqdir. Hansı işi görərdiniz?

O mənim əlimdə deyil. Dəqiq deyə bilmərəm. Siz çox yaxşı edə bilərsiniz ama uğur qazana bilmərsiniz. Bu sizin əlinizdə olmaya bilər. Yəqin beynəlxalq ticarətlə məşğul olsaydım dəqiq uğur qazanardım :)

Bugün gördüyünüz işlər gələcək müvəffəqiyyətlərinizin təməlidirmi?

Təbii ki. Siz bugün yalançı sabah dürüst ola bilməzsiniz. Əgər bugün pul qazanmaq üçün insanları aldadırsansa sabah əxlaqlı ola biləməzsən. Bugün əxlaqlısansa sabahda əxlaqlısan. Çalışqansansa sabah da çalışqansan . Tənbəlsənsə tənbəl olacaqsan. Özünüzə, sağlamlığınıza, işinizə vaxt ayırın. Bunları qarışdırmayın. Sevdiyiniz işi gördüyünüzdə mütləq özünüzü inkişaf etdirməyiniz lazımdır.

Tez-tez bu problemlərlə qarşılaşırıq. Universiteti diplom xatirinə oxumaq. Buna münasibətiniz?

Məncə yanlışdır. Mən həyatda xoşbəxt olmağa baxıram. Diplom mənə xoşbəxtlik gətircəksə təbii ki. Ama diplomun xoşbəxtlik gətirdiyini də görmədim.Diplom əgər siz istəyirsinizsə sizə xoşbəxtlik gətirər. İstəmirsinizsə gətirməz.

Universiteti bitirdikdən sonra vakansiyalara müraciət ərizəsi göndərərkən cavab gəlir “Təcrübəniz yetərli deyil. 3 və ya 5 il təcrübə lazımdır”. Universiteti yeni bitirən biri üçün böyük problemdir. Bu halda nələri etməyi məsləhət görürsünüz?

Mən bu məsələlərdə firmaları başa düşmürəm. Təcrübəli işçi istədiklərini deyirlər. Gənclərində təcrübə qazanması lazımdır. Aksarayda yeni qurulan fabrikanın müdürünə  belə dedim: “Siz  yetişmiş müəndis istəyirsiniz. O sizi sabah yarı yolda qoyacaq onunla bərabər özünüz üçün  ən az 5 mühəndis yetişdirin”. Bizim gənclərdə də belə bir xasiyyət var bugün işləyim. 1 ildə hər şeyi öyrənim, 3 ildə müdür olum, 4-5-6 cı ildə fabrikanın müdürü olum. Mən onu bilirəm ki, uğur qazanan insanlar bir işi 10 20 il görmüşlər. Səhvlərini görmüşlər. Özümüzü inkişaf etdirmirik. Çox şey bildiyimizi bilirik amma çox bilmirik.

Gənclərin tez həvəsdən düşməsinin səbəbi nədir? Gənc olduqlarına görə.

Hər şeydə maddiyatçılıq olması. Çox tez əldə etmə. Ailələr uşaqlara hər şeyi çox tez alırlar. Telefon istəyir. Ailə 1 ay sonra alır. Biz bir çox şeyi çalışmadan aldığımız üçün qiymətini bilmirik. Atamın bir sözü var “Çox tez çıxılan yoxuş çox tezdə enilər. Nə qədər çox çıxarsan bir o qədər gec enərsən”.

Gənclərə müvəffəqiyyət qazanmaq üçün nələri məsləhət görərdiniz? Nəticə.

  • Özlərinə hədəf qoysunlar.
  • Başda ailə həyatı olmaqla bərabər yaxınlarına dəyər versinlər.
  • Həyatlarında mütləq bəlli qanunları olsun.
  • Özlərini inkişaf etdirsinlər
Öz dəyərli fikirlərinizi bizimlə paylaşdığınız üçün təşəkkür edirəm.
Hörmətlə.

Post a Comment

أحدث أقدم