Bəzən zəfər qazanarsınız, bəzən hüzünə qərq olarsınız, udarsınız, uduzarsınız. Amma bunu heç vaxt unutmayın “Dəmir parçasının deyil, debat parçasının əsiri olun!” . Bugünki müsahibim bu qızıl cümlələrin müəllifi Vüsal Nəzərovdur.
Haqqında: Azərbaycan Dovlet Neft Akademiyasini bitirmisdir. BMT Əhali Fondunun multiplayeri ve təlimçisi, 2006-cı il Dünya Fiziki Layihələr Olimpiadasının qalibi dünya çempionu. Hal hazırda Schlumberger şirkətində çalışır.
Bir çox uğurlar qazansada özü bunları uğur saymır :)Görək müsahibimizin uğur haqqında fikirləri nədir? Sullar eyni olsada cavablar müxtəlifdir. Həmin cavaları sizlərlə paylaşıram.
  1. Xəyalınızdakı müvəffəqiyyətli adamı(özünüzü) təqdim edin. :)
Əslində mən xəyallarla yaşıyan insanam . Düzü mən təsəvür eləmirəm ki, mən xəyallarımdakı o uğurlu insana gəlib çatacam.Heç əslində istəmirəmdə :) .Nə vaxtsa mən ona çatsam məndə motivasiya qalmiyacaq, bu qəşəy bir mativasiya saxlıyır. Məncə sərhəd yoxdur diyə tam olaraq bunu təsəvür edə bilmirəm. Əsas məqsəd odur ki, insanlar mənim gördüyüm işlərə görə mən profesyonal kimi qiymətləndirsinlər. Profesyonal cəhətdən həm bir insan kimi yaxşı insan diyə desinlər. Bu mənim üçün bəsdi. Mən fikirləşirəm ki yaxşı insan olmaq üçündə hələ çox addımlar atmaq lazımdır. Tam profesyona şəkildə yetişmək üçündə uzun bir yol qət etmək lazımdır.
  1. Hədəf, məqsəd nədir? Nə zaman təyin olmalıdır?
Bir çoxları fikirləşirki yola çıxmazdan əvvəl siz məqsədi, hədəfi müəyyənləşdirməlisiniz. Məqsəd bəli hər hansı bir yola başlamazdan əvvəl müəyyənləşdirilməlidir amma hədəflər bu yolun ortasında da meydana çıxa bilər yəni belə deyək ki, məqsəd qabağda qoyduğun bir yoldu, hansı ki, sən ona gedib çatacaqsan  bu bir Uğurdu, hansı hədəflərlə, metodlarla bu məsləyə yaxınlaşacaqsan bu artıq sənin bilik, bacarığın, dünya görüşün, ətraf mühit ə s. təsir edir. Nə zaman təyin olunmalıdır? Bu çox individual bir yanaşmadır hər insanda fərqli ola bilər. İnsan var yolun ortasından keçənnən sora da yeni bir hədəf müəyyənləşdirə bilər. Bu çox uğurlu alına bilər insan var alınmıya bilər.
  1. Uğur nədir?
Uğur davamlılıqdır. Hər hansı qazandığı nailiyyətin davamlı şəkildə gəlməyi Uğurdur. Çox gözəl bir aforizim eşitmişdim bu yaxınlarda “Uğur sizin hər gün təkrar etdiyiniz ən gözəl işlərin məcmu olan vərdişdən başqa bir şey deyil.
  1. Hər kəs uğur qazana bilərmi? Yoxsa dünyaya gələrkən uğurlu insan olaraqmı gəlinir?
Bu fərqlidir. İnsan var ki dünyaya gələrkən uğurlu doğulur. Elə bir ailədə doğulur ki, artıq özündən asılı olmadan o tanınır məşhur olur. Və ailə tərbiyəsi ilə gördüyü ətraf mühit, cəmiyyət onu məcbur edir ki, o insan əvvəl axır uğurlu biri olsun. Ama elə insan var ki, çox sadə bir cəmiyyətdən çıxır amma gözlənlməz uğurlar əldə edir. Həm iqtisadi sahədə, həm marketinq, şou biznes və yaxud kino, teatr sahəsində. Amma hər insan uğur qazana bilər. Hər insan da uğur üçün potensial var ama hər insanda qazanırmı? Əlbətdəki yox :)
  1. Müvəffəqiyyət qazanmaq üçün nə etmək lazımdır? Nələrdən vaz keçmək lazımdır?
Məsələn bəziləri deyir ki, mən 2 il televizora baxmadım və 700 bal yığdım, bu müvəffəqiyyəti əldə etdim. Bizim qonşuluğda da belə bir uşaq vardı. O da 2 il televizora baxmadı amma heç 700 balın yarısını toplaya bilmədi. Mütləq deyil, sən müəyyən br uğur əldə etmək üçün televizora baxmamalısan . Müvəffəqiyyət əldə etmək üçün o şeylərdən vazkeçmək lazımdır ki, sırf həmin şeylər səni o müvəffəqiyyətə çatmağa mane olur. Məsələn bu məndə televizor ola bilər ama sizdə  komputer ola bilər. Ona görə konkret burda meyar yoxdu. O şey ki, hiss edirsiz sizə mane olur olardan vazkeçmək olar.
  1. Uğur zəhmət ya şans ?
Uğur hər ikisidir. Gəlin sizə futbolda belə bir misal göstərim. Məsələn, Lionel Messi. Bu adam bir şansdı. Bu Tanrının verdiyi bir bacarıqdır. Amma əziyyət deyəndə gəlin götürək Cristiano Ronaldonu. Bax  bu əziyyətdir. İki fərqli yol var. Məqsədə, hədəfə hər 2 variantla çatmağ olar. Şansı əldə etmək insanın öz əlindədir. Sən cəh etməsən sənə şans gəlməz. Sən cəhd edirsənk sənə şans gəlir. Bəzən deyillər ki, filan insan şanslıdır  ama mənim şansım yoxdur. Həmin insan 3 dəfə cəhd edib 2-sində alınmayıb birində alınıb diyə şanslıdır  amma sən heç vaxt cəhd etməmisən.
  1. Uğursuzluq ya təcrübə?
Ən sevdiyim sual :). Mən həmişə buna fərqli rakursdan yanaşıram . hər zaman deyillər ki, problem deyil sən bir işi 10 dəfə gör  9-unda alınmasada birin də alınacaq. Təcrübə qazanmış olarsız. Mən bununla qətiyyən razı deyiləm. Bir məsələyə toxunaq sizə 3 peşə sahibi diyəcəm pilot, ürəy  əməliyyatı edən cərrah və mina axtaran. Siz pilota diyə bilərsiz ki, eybi yox birnci dəfədən təyyarəni düzgün idarə eləmə, birinci dəfədən təyyarə yerə çırpıla bilər,  problem deyil, bu sənin üçün təcrübədir. Ama təcrübənin nəticəsində 200 nəfər səndə həmçinin həlak olacaqsız. Və yaxud mina axtarana diyə bilərsiz eybi yox 2 dəfə səhf elə 3 də  yaxşı alınacaq. Və ya ürək əməliyyatı edən həkim. Biz bu sahənin adamlarına birinci dəfədən işini düzgün etməyə mütləq şəkildə tələb edirik çünki burada tolerantlıq, lüks yoxdu ki, səhf etsinlər. Ona görə sən çalışmalısan ilk dəfədən hər işi düzgün edəsən. Qərbdə belə bir söz var “do it right on the first time”. Birinci dəfədən düzgün et. Ama alınmıya bilər sözsüz ki, bu təcrübəyə gətirib çıxaracaq. Sırf təcrübəyə çıxaracaq deyə buna da foks olmayaq. İlk dəfədən uğur qazanmaq daha yaxşıdı məncə.
  1. Bəzən uğursuzluqların təməli ailənin doğru istiqamət göstərməməsi olur. Övlad başqa istiqamət istədiyi halda ailə digər yönü göstərir. Sizcə bu doğrudurmu və məsləhətiniz?
Çox nadir hallarda olur ki, bəli ailə sənə istiqamət verə bilər sənin istəylərinin əksinə olaraq və sən uğur qazana bilərsən, naliyyət əldə edə bilərsən. Ama bu hər zaman effektiv deyil. Sən mühəndis olmaq istəyənə həkim olmağı məsləhət görürsən. Ailə istəyirki cəmiyyətdə bir rang əldə etsin. Bu çox uğursuz nəticə gətirə bilər. Son zamanlar ali təhsil müəssələrinə qəbul olmayanlarda intihar halları artıb. Bunun səbəbi nədi? Siz dediyiniz məsələ. Ailə onu nəyəsə məcbur edir. Bəlkə incəsənətə meyillidi və ya oxumaq istəmir. Ama yox sən mütləq ali təhsilli olmalısan  və nəticədə insan özünü ailə qarşısında sorunlu hiss edir  və cəzasını da cəmiyyət olaraq çəkirik.
  1. Ən böyük uğrunuz?
Bəzilərinə görə uğur sayıla bilər ama mənə görə elə deyil. Naliyyət məndə olub – 2006cı il Dünya  Fiziki Layihələr  Olimpiyadasının çempionu olmaq. Niyə nailiyyət? Çünki mən bir dəfə dünya layihələr olimpiadasının qalibi oldum ama o bir dəfə oldu. Daha sonra mən fizika sahəsində davam etmədim,  müəyyən bir potentlərə baş qoşmadım.  Azərbaycan müdafiə sənayesinə fizika sahəsində hər hansı töhvə verə bilmədim. Uğur olmadı. Bir dəfə çempion olmaq bu artıq naliyyətdir. Məsələn Yunanıstan 2004 cü ildə avropa çempionu oldu bu naliyyətdir. Çünki o nəticənin yanına yaxınlaşa bilmədi onnan sora. Ama almanlar  2006 cı ildən sonra yarım-final, final oyunu oynadılar və axırda 2014 çempion oldular. Bax  o uğurdu çün ki 10 ildən sonra da almannarda bu nəticə olacaq. əsas odur ki davamlılıq.Vüsal Nəzərov & Yusif Ali
  1. Müvəffəqiyyətli idarəçilik tərzi hansıdır?
Yoxdur.  O baxır sizin komandaya. Burada bir sıra amillər var. Gender anlayışı - xanım ya kişi çoxdu, yaş amili - 30 yaş altında və ya üzrəindədir. Sosial düşüncə. Siz hansı qrupu idarə edirsiniz və hər qrupa görə fərqlidir. Əsas odur ki, insanları idarə edərkən onlara gördürəcəyiniz işin  onlara faydalı olacağını inandırıb işi gördürməkdir. İnzibati üsullarla yox. Siz öz işinizi tamamilə 6 nəfərə gördürüb özünüz istirahət edə bilərsiz. Liderlik pisxologiyasında belə bir məsələ var. Ama siz onları inandırmalısız ki, onlar sizin işinizi görür və bundan nəsə əldə edəcəklər. Onlar buna inansalar ən müvəffəqiyyətli üsul budur və əsas odur insana davranış, xarakter, temprament, dünya görüşlərinə təsir edərək və düzgün  bir şəkildə manipulyasiya edərək bunu etmək lazımdır.
  1. 3 addımda müvvəffəqiyyət. Hansı addımları məsləhət görərdiniz?
Məsələn bu Hüseyn Boltdusa ona 2 addımda bəs edir amma mənim üçün 3 addım bəlkə beş addımdı. Mənim addımlarım qısadı :)
  1. Doğru hədəfi müəyyənləşdirmək
  2. Doğru əlindəki resursları qiymətləndirmək.
  3. Vaxt amili.
Siz qoyduğunuz  hədəfə indi çatmağla 15 il sonra çatmağ arasında çox böyük bir fərq var. Qoyduğun hədəfə 15 il sonra çatsan ola bilər o sənin üçün heç uğur sayılmasın.
  1. Müvəffəqiyyətli olmaqmı çətindir yoxsa o müvəffəqiyyəti saxlamaqmı?
Əlbəttə saxlamaq. Çünki müvvəffəqiyyətli olmaq üçün bir dəfə əziyyət çəkirsiz. Saxlamaq üçün  artıq sizin üzərinizdə daim basqı və pressing var və hərdəfə onu edəndə məcbursunuz ki, onu müvəffəqiyyətli nəticə edəsiniz çünki hər kəs sizdən bunu gözləyir. Ona görə daha çətindi.
  1. İndiyə qədər tanıdığınız müvəffəqiyyətli insan. Özünzüzə və başqalarına örnək olaraq göstərəcəyiniz.
Barak Obama. Mən incələyirəm. Bəzən insanlar deyir ki ABŞ-ın ilk qara dərili prezidentidir. Bu müəyyən bir siyasət və yaxud müəyyən bir məsələlər doğru zaman doğru yer üçün Obama prezident seçilib. Ama yox siz onun uşaqlığına nəzər salsaz təhsilni, düşdüyü sosial mühiti, üzləşdiyi çətinlikləri araşdırın o insan həqiqətən çox dahidi və protestolarnan başlayan bir həyat və alqışlarla davam edir. Özünüz təsəvvür edin
  1. Həyatda öyrəndiyiniz ən əsas dərs nədir?
Öz ayaqlarınız üzərində özünüz tək durmağı bacarın. Yalnız insan özü özündən heç vaxt bezmir . Sizə ən yaxın iknci insan belə hər hansı bir məqamda artıq öz problemləri o həddə gətirb çıxarar ki, o insan belə sizdən bezə bilər. Və sizlə maraqlanmaya bilər. Bu həyatdı, mümkündü. Yalnız insan özü özünnən bezmir və yalnız özünüzə güvənərək nəysə etmək . Ən böyük dərs budur.
  1. Əgər bilsəydiniz ki bu işi etsəniz uğur qazanacağınız dəqiqdir. Hansı işi görərdiniz?
Yəqin ki, elə indiki işim. Çünki əyər başqasıdısa və mən o haqda heç nə bilmirəmsə  heç nə deyə bilmərəm. :)
  1. Bugün gördüyünüz işlər gələcək müvəffəqiyyətlərinizin təməlidirmi?
Hamısı yox. Yarısı gələcəyə yarısı bugün həyatda qalmağım üçün fokslanıb. Müəyyən bir maliyyə resursları ilə bağlı elə işlər görülür ki, bu sırf bugünümdən sabaha çıxmaq üçündür . Ac qalmıyım və yaxud cəmiyyətdə nədənsə geri qalmıyım və s.
  1. Tez-tez bu problemlərlə qarşılaşırıq. Universiteti diplom xatirinə oxumaq. Buna münasibətiniz?
O cəmiyyətdən asılıdır. Şükürlər olsun ki, indi bizdə bir qədər dəyişib. 5-10 il əvvələ nəzər salsaq yerli şirkətlər  sizin təhsilinizlə maraqlanmırdı. Onlar diplomunuzla maraqlanırdı. Siz vunderkind ola bilersiz ama diplom olmadığına görə sizi işə götürmürdülər. O zaman tələbə mütləq şəkildə birinci diplomu fikirləşməlidir. İndi vəziyyət bir qədər dəyişib. Xarici şirkətlərin gəlməyi ilə neft sektorunda artıq siz təsəvvür edə bilərsiz hansı məsul vəsizfələrə kollec və ya orta təhsili olan insanları qoyullar, sırf bacarığına görə. Onlarda ali məktəb diplomu priaritet hesab olunmur. Sözsüz ki, bu vacibdi. Bu onu göstərir ki sırf diplom xatirinə oxumaq lazım deyil. Siz diplomu ala bilərsiniz. İşə düzələ bilərsiz. Ama 2 aydan sonra o diplom  sizə kömək etmiyəcək . Diplom sadəcə işə düzəlməyinizə kömək edəcək. Bacarığınız, biliyiniz 2 aydan daha davamlı bir müddətdə işləməyinizə. Niyə görə 2 ay o iki ayda sınaq müddətidi ona görə.
  1. Universiteti bitirdikdən sonra vakansiyalara müraciət ərizəsi göndərərkən cavab gəlir “Təcrübəniz yetərli deyil. 3 və ya 5 il təcrübə lazımdır”. Universiteti yeni bitirən biri üçün böyük problemdir. Bu halda nələri etməyi məsləhət görürsünüz?
Burda 2 mövqeydən yanaşaq. İşə götürən və işçi tərəfdən. İşə götürən olaraq əgər mənim gələcəkdə hər hansı kiçik bir biznesim olsa və işçi götürsəm və sözsüz ki , nə qədər paradoksal olsa nəqədər insanlar mənə nifrətdə etsələr də məndə çalışacam ki təcrübəli şəxs götürüm.Əgər təcrübəli bir şəxslə təcrübəsiz bir şəxs arasında  seçim imkanı olsa və qısa müddətli bir planlamam varsa mən təcrübəli  işçini götürəcəm. Amma işçi nöqteyi nəzərdən götürəndə bələ siz düz deyirsiz. Bu adətən yerli bazar şəraitində Azərbaycan yerli bazarında təmsil olunan bəzi şirkətlərin tələbləridir. Onlar qərbin tələblərini düzgün transformasiya etməyiblər . Qərb səndən 3-5 il təcrübə istəyir amma  sosial sfreada, siz hansı könüllk etmisiniz və s. Və qərbdə universitetlər insternship proqramlara çox ciddi yanaşırlar 3-4 kurs tələbələri həqiqətən çox ciddi kompaniyalarda iş təcrübəsindən keçirlər. Amma bizdə bu səviyyəyə münasibət neqatividi ama düzələcəy əminəm :)
  1. Gənclərin tez həvəsdən düşməsinin səbəbi nədir?
Məsələn, baxırlar bir menecerə onun geyiminə, onun idarə etdiyi avtomobilə, təxmin etdikləri əmək haqqına və baxırlar özlərinə görürlər ki, bu insan ofis də oturub . Götürəy bizdə özümüzdə. Bizdə 1 menecer var idi 32 yaşı var özü bizə hər zaman treninglər, təlimlər keçərkən deyir ki orta statstik bütün maddi məslələrdən ayrılıb bu insan . Və səndə belə fikir yaranır o insan kef edir biz yox. Halbu ki, dünyanın ən soyuq ölkələrində isti ölkələrində işləyib əziyyət çəkib bu insan . Biz hazır vəziyyətdə bunu görmüşük. Biz bunu tez etmək istəyirik ama əziyyətlərə də qatlanmaq istəmirik. O da bizi həvəsdən salır.
  1. Gənclərə müvəffəqiyyət qazanmaq üçün nələri məsləhət görərdiniz? Nəticə.
  2. Düzgün hədəfi müəyyənləşdirsinlər.
    2. Hədəfə gedən vaxt, resurs məslələrini düzgün riaət etsinlər. Onalrı düzgün müəyyənləşdirsinlər
    3.Ətrafdakılarla ünisyyət bacarıqlarını artırsınlar
    4. Öz şəbəkəsini formalaşdırsınlar.
    Bill Gatesin belə bir sözü var sizə əgəreyni anda 5 müxtəlif yerlərdən şans verilibsə, bir neçə yerdən qapılar açılırsa hər açılan qapıya qaçmayın. Biri digərinnən daha yaxşı olsada birini müəyyənləşdirin və onun arxasınca gedin. Yalnız bu halda müvəffəqiyyət qazanmaq olar.

Hörmətlə.

Post a Comment

أحدث أقدم