Daha yaxşı olmağa çalışmayan yaxşı olaraqda qalmaz. (Oliver Cromwel)
Fikirləşib sonra qərar verən insan deyiləm. Tanıyanlar bilir, bir fikir ağlıma gəldimi anında icra edirəm. Sıradan bir gün idi. Yuxudan oyanmağa belə əziyyət çəkirdim. İşin belə getməyəcəyini, idmanla məşğul olmağın zamanı gəldiyini fikirləşdim. Başladım sosial şəbəkələrdə, dostlardan, tanışlardan idman növləri barədə maraqlanmağa.
Hər idman növündə bir çatışmayan cədət tapdım. Elə idman növü olmalı idi ki, sağlam vücuda sahib olum, az zədələnim, həm fiziki gücdən az istifadə edim, həm də özümü tam şəkildə müdafiə edim. (bilirəm çox irəli getdim) Və nəhayət axtardığım idman növünü tapdım. Bəli, bəli belə bir idman növü var Real Aykido(WCRA). Fariz müəllimi (masteri) tanıqdan sonra, əldə etdiyi uğurları öyrəndikdən sonra masterdən müsahibə almaq istədiyimi söylədim. (adətim üzrə) İdman sahəsi üzrə ilk müsahibimdir. Müsahibəni oxuyub bitirdikdən sonra müsbət nəticələr çıxaracağınıza inanıram!
Haqqında: Fariz Abdullayev Elsevər oğlu 2010-cu ildə “Milli Aviasiya Akademiyası”-nın “İqtisadiyyat və Hüquq” fakultəsini fərqlənmə ilə bitirərək tam ali təhsilə yiyələnib. Hazırda “Bədən tərbiyəsi və İdman Akademiyası”- nın tələbəsidir.
Uşaqlıqdan idmana olan yüksək həvəsi onu 2001-ci ildə “Ümumdünya Real Aykido Mərkəzi”-nin (“WCRA”-nın) üzvü edir. 2012-ci ilin İyun ayında o “WCRA”-nın Prezidenti, “Real Aykido” döyüş növünün yaradıcısı, 10-cu Dan qara kəmər sahibi, Akademik, General Ljubomir Vracarevic tərəfindən 3-cü Dan qara kəmərə layiq görülür və “Idman Ustası” dərəcəsi alır. 2013-cü il 9 mart tarixində ilk dəfə, daha sonra isə 2013-cü il 15 dekabr tarixində ikinci dəfə Azərbaycanı Serbiyanın Belqrad şəhərində keçirilən Beynəlxalq Real Aykido seminarında yüksək səviyyədə təmsil edir və fərqlənmə diplomu alır. 2013-cü il 6 iyun tarixində “Real Aykido” döyüş növünü Azərbaycanda inkişaf etdirdiyinə görə “Ümumdünya Real Aykido Mərkəzi” – nin Prezidenti tərəfindən qızıl medala layiq görülür. Eləcə də 2014-cü il 25 may tarixində yüksək təşkilatçılığı və işgüzarlığına görə Dünya Federasiyası tərəfindən növbəti qızıl medala layiq görülür.
17 noyabr- 20 dekabr 2014-cü il tarixdə Fariz Abdullayev Real Aykidonun vətəni olan Serbiyanın paytaxtı Belqrada səfər etdi. 33 günə 58 professional məşq etdi, Azərbaycanı Beynəlxalq seminarda 3-cü dəfə yüksək səviyyədə təmsil etdi, 3 təşəkkürnamə aldı, Dünya federasiyasının mərkəzində 3 qrup məşq keçdi və Dünya federasiyasının 1-ci yığmasının üzvü oldu, “Bodyguard Training Centre Vracarevic” kursunu bitirdi və sertifikat aldı. 2015-ci ilin mart ayında Parisdə keçirilən “Beynəlxalq Döyüş Növləri Festivalı”-na dəvət alır, Azərbaycanı və Dünya Real Aykidosunu layiqincə təmsil edir. 2 fevral 2016-cı il tarixində Binəqədi Rayon İcra Başçısı tərəfindən Fəxri Fərmana layiq görülür. 24 fevralda isə Dünya Federasiyası tərəfindən Serbiyaya dəvət olunur. İmtahan verərək 4-cü Dan qara kəmər ustası adını qazanır. Eyni zamanda“Bodyguard Training Centre Vracarevic”-in Azərbaycan üzrə rəsmi nümayəndəliyi Fariz Abdullayevə həvalə edilir.
2013-cü il 20 iyun tarixindən etibarən “Azərbaycan Real Aykido İdman Klubu”-nun Prezidenti və “Ümumdünya Real Aykido Mərkəzi” – nin Azərbaycanda yeganə rəsmi nümayəndəsidir. Hal-hazırda sıravi vətəndaşlara və bir çox güc strukturlarının əməkdaşlarına özünümüdafiə sənətini öyrədir.
1. Xəyalınızdakı müvəffəqiyyətli adamı(özünüzü) təqdim edin.
Azərbaycan Real Aykido Federasiyasının prezidenti, 4-cü Dan qara kəmər ustası Fariz Abdullayev.
2. Hədəf, məqsəd nədir? Nə zaman təyin olmalıdır?
Əslində hər insan dünyaya gəldikdə özü bilməsə belə hansısa hədəfi və məqsədi olur. Yəni məqsədimizi anlamaq üçün ruhumuzu və daxili dünyamızı dinləməliyik. Yalnız bundan sonra hədəflərimizi təyin edə bilərik.
3. Uğur nədir?
Əgər öz peşə sahənizdə yararlı ola bilir və özünüzlə az belə olsa fəxr edə bilirsinizsə bu uğurdur.
4. Hər kəs uğur qazana bilərmi? Yoxsa dünyaya gələrkən uğurlu insan olaraqmı gəlinir?
İnanıram ki, Allahın izni ilə hər bir şəxs uğur qazana bilər.
5. Müvəffəqiyyət qazanmaq üçün nə etmək lazımdır? Nələrdən vaz keçmək lazımdır?
Müvəffəqiyyət qazanmaq üçün ən başlıca səbəb səbrli olmaq və uğurlu insanların həyatına diqqətlə nəzər yetirmək lazımdır. Provakasiyaya hədəf olmaqdan, hər kəsin sənin haqqında söylədiyi fikir ilə mübahisə edib vaxt itirməkdən vaz keçmək lazımdır
6. Uğur – şansdır ya zəhmət ?
Uğur = 1% şans + 99% zəhmət.
7. Uğursuzluq ya təcrübə?
Hər uğursuzluq növbəti uğura aparan təcrübədir.
8. Bəzən uğursuzluqların təməli ailənin doğru istiqamət göstərməməsi olur. Övlad başqa istiqamət istədiyi halda ailə digər yönü göstərir. Sizcə bu doğrudurmu və məsləhətiniz?
Məncə zor və məcburiyyətlə uğur qazanmaq olmaz. Valideynlər öz övladlarına hər zaman dayaq olmalıdır. Yalnız bu halda insan öz gücündən tamamilə istifadə edə bilir. Yeri gəlmişkən mən də öz valideynlərimə mənə daim dəstək olduqları üçün minnətdarlığımı bildirmək istəyirəm. Bütün uğurlarımı onlara borcluyam.
9. Ən böyük uğrunuz? (varsa hekayəsi)
Ən böyük uğurum heç vaxt dəyişmədən eyni Fariz kimi qala bilməyimdir.
10. Müvəffəqiyyətli idarəçilik tərzi hansıdır?
Bu haqda çox söz demək olar ancaq ən əsası odur ki, idarə etdiyin şəxslərə nümunə ola bilməlisən, səmimi lider olmalısan, daim obyektiv, ədalətli olmalı və tərif və iradın hər birini öz yerində deməlisən.
11. 3 addımda müvvəffəqiyyət. Hansı addımları məsləhət görərdiniz?
İşini sev, işinin ustası ol, əziyyət çəkməkdən qorxma.
12. Müvəffəqiyyətli olmaqmı çətindir yoxsa o müvəffəqiyyəti saxlamaqmı?
Müvəffəqiyyət qazanmaq asandır. Önəmli olan o adı saxlayıb qorumaqdır.
13. İndiyə qədər tanıdığınız müvəffəqiyyətli insan. Özünzüzə və başqalarına örnək olaraq göstərəcəyiniz.
Real Aykidonun yaradıcısı, 10-cu Dan qara kəmər sahibi, akademik, general Ljubomir Vracarevic.
14. Həyatda öyrəndiyiniz ən əsas dərs nədir?
Şərtlər nə qədər çətin olursa olsun təslim olmaq olmaz. Nəki, bizi öldürmür, bizi gücləndirir.
15. Əgər bilsəydiniz ki bu işi etsəniz uğur qazanacağınız dəqiqdir. Hansı işi görərdiniz?
Elə bu sahə ilə də məşğul olardım.
16. Bugün gördüyünüz işlər gələcək müvəffəqiyyətlərinizin təməlidirmi?
Çox güman elədir. Zəhmət çəkmək lazımdır ki, bəhrəsini görəsən.
17. Gənclərin tez həvəsdən düşməsinin səbəbi nədir?
Arzu etdikləri zirvəni asanlıqla, vaxtından öncə əldə etmək istəklərinin uğursuzluqla nəticələnməsi, səbrsiz olmaları və bəzən də seçdikləri sahəni maddi səbəblərə görə tərcih etmələri.
18. Gənclərə müvəffəqiyyət qazanmaq üçün nələri məsləhət görərdiniz? Nəticə.
Öz işlərinin peşəkarı olsunlar, heç vaxt öyrənməyə doymasınlar, elə etsinlər ki onlar vəzifəni deyil, vəzifə onları axtarsın. Ən əsası da unutmasınlar ki, niyyət və əməlləri düzgün olsa Allah özü onlara daim yardım edəcək.
Hörmətlə.

Yorum Gönder