"Min mil ölçüsündə olan yol sadəcə bir addımla başlayır." (Lao Szı)
Uzun zamandır müsahibələrə ara vermişdim. Bunun səbəblərindən biri müsahib seçimi idi. Elə insan olmalı idi ki, bizlərə uğuru tam mənası ilə anlatsın. Bir gün məşq də Fuad müəllimlə qarşılaşdım. İşimlə əlaqədar olaraq ətrafımda həmin yaşda idmanla məşğul olan insanlarla tez-tez rastlaşıram.
Adətən tanıdıqlarım qaçış və yüngül idman növləri ilə məşğul olurlar. Müsahibimin keçmişdə idman uğurlarını bildikdən sonra Real Aykido ilə məşğul olmağına heçdə təəccüblənmədim. Şirin söhbət əsanasında Fuad müəllimdən müsahibə almağa razılıq aldım. İnanıram ki bizlər üçün faydalı bir müsahibə olacaq.
Adətən tanıdıqlarım qaçış və yüngül idman növləri ilə məşğul olurlar. Müsahibimin keçmişdə idman uğurlarını bildikdən sonra Real Aykido ilə məşğul olmağına heçdə təəccüblənmədim. Şirin söhbət əsanasında Fuad müəllimdən müsahibə almağa razılıq aldım. İnanıram ki bizlər üçün faydalı bir müsahibə olacaq.
Haqqında: 1990-1995 Azərbaycan Dövlət İqtisad İnstitutu, 1996-2000- İqtisadiyyat Nazirliyi, 2000-2001- Ticarət Nazirliyi, 2001-2004- Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 2004-2010 ARDNŞ Neft Kəmərləri İdarəsi, 2010- bu günə kimi Dünya Maliyyə Bazarlarında işin təşkili üzrə iqtisadçı ekspert. 2007- İqtisadiyyat üzrə Fəsəfə Doktoru.
- Xəyalınızdakı müvəffəqiyyətli adamı(özünüzü) təqdim edin.
Nəfsini idarə edə bələn, səbirli, səliqəli ailə başçısı, sənətinə və işinə yiyə dura bilən xüsusiyyətli insanların hər biri müvəffəqiyyətlidir!!
- Hədəf, məqsəd nədir? Nə zaman təyin olmalıdır?
Məqsəd olmasa hədəfi vurmaq mümkün deyil. Ali məktəb öncəsi müəyyənləşən məqsəd və hədəf daha effektli olur!!!
- Uğur nədir?
Uğur ilk növbədə insanın səbirli olmağı və ağlıdır.
- Hər kəs uğur qazana bilərmi? Yoxsa dünyaya gələrkən uğurlu insan olaraqmı gəlinir?
Hər kəs uğur qazana bilər. İnsan uğurlu mühitdə və ailədədə dünyaya gələ bilər. Lakin o uğuru əldə saxlamaq üçün zəhmət, ağıl , dərrakə kimi xüsusiyyətlər vacibdir!!!
- Müvəffəqiyyət qazanmaq üçün nə etmək lazımdır? Nələrdən vaz keçmək lazımdır?
Muasir dövrün aktual düsturu var.“Öz səviyyəndə qalmaq üçün sürətlə qaçmaq lazımdır” Müvəffəqiyyət təmbəlliyi qəbul etməz!!!
- Uğur - şansdır ya zəhmət ?
Zəhmətlə qazanılan uğur dayanıqlıdır....Şansla əldə edilən uğur gəldi gedərdi!!!
- Uğursuzluq ya təcrübə?
Təcrübəli insan artıq uğurludu. Sadəcə “təcrübə” bucağından yanaşmaq lazımdır!!!
- Bəzən uğursuzluqların təməli ailənin doğru istiqamət göstərməməsi olur. Övlad başqa istiqamət istədiyi halda ailə digər yönü göstərir. Sizcə bu doğrudurmu və məsləhətiniz?
Təəssüfki bu problem yaxın keçmişin deyil!!!
- Ən böyük uğrunuz? (varsa hekayəsi)
Ailəm və əldə etdiyim elmi bilik!!!
- Müvəffəqiyyətli idarəçilik tərzi hansıdır?
Obyektivlik
- 3 addımda müvvəffəqiyyət. Hansı addımları məsləhət görərdiniz?
Qətiyyətli yanaşma, səbr və məlumatlılıq!!!
- Müvəffəqiyyətli olmaqmı çətindir yoxsa o müvəffəqiyyəti saxlamaqmı?
Müvəffəqiyyət bəzən təsadüfdən irəli gələ bilər, lakin onu qoruyub saxlamaq müvəffqiyyətə layiqli olmağa dəlalət edir!!!
- İndiyə qədər tanıdığınız müvəffəqiyyətli insan. Özünzüzə və başqalarına örnək olaraq göstərəcəyiniz.
Kimliyindən asılı olmayaraq nəfsini idarə edə bələn, səbirli, səliqəli ailə başçısı, sənətinə və işinə yiyə dura bilən xüsusiyyətli insanların hər biri örnək olmağa layiqdir.
- Həyatda öyrəndiyiniz ən əsas dərs nədir?
Kimlər gəldi, kimlər getdi!!!
- Əgər bilsəydiniz ki bu işi etsəniz uğur qazanacağınız dəqiqdir. Hansı işi görərdiniz?
Vicdanı və insanlığı itirməmək şərti ilə uğura aparan işin sərhəddi yoxdur!!!
- Bugün gördüyünüz işlər gələcək müvəffəqiyyətlərinizin təməlidirmi?
Birmənalı!!!
- Tez-tez bu problemlərlə qarşılaşırıq. Universiteti diplom xatirinə oxumaq. Buna münasibətiniz?
Özünə hörmətsizlik və itirilmiş vaxt.
- Universiteti bitirdikdən sonra vakansiyalara müraciət ərizəsi göndərərkən cavab gəlir “Təcrübəniz yetərli deyil. 3 və ya 5 il təcrübə lazımdır”. Universiteti yeni bitirən biri üçün böyük problemdir. Bu halda nələri etməyi məsləhət görürsünüz?
Cavab sadədir....sənin sən olmağını sübut etmək üçün irəliyə doğru hərəkəti davam etdirmək.
- Gənclərin tez həvəsdən düşməsinin səbəbi nədir?
Səbirsiz olmaqları
- Gənclərə müvəffəqiyyət qazanmaq üçün nələri məsləhət görərdiniz? Nəticə.
Səbirli olmaq, nəfisi idarə etmək. Peşə seçiminə daha məsuliyyətli yanaşmaq!!!
Hörmətlə.

Yorum Gönder