Bu həştağ altında duzlu duzsuz zarafatlar, yerli yersiz fikirlər, video müsahibələr, çoxlu paylaşımlar edilir.
3 arqumentimi sizlərə təqdim edirəm.
  1. Hər şeyin təməlində ilk öncə ailədən alınan tərbiyə və ətrafındakılarından görüb götürdükləri durur. İnsan istər #əvvəlincivaqon da olsun istər #sonuncuvaqon da olsun öz haqqında cəmiyyətdə müsbət fikir formalaşdırmalıdır. İstər xanım istər bəy qeyri etik davranış göstərməməlidir.
  2. Bəziləri bunu dini baxımdan qarşılıyır və dini dövlətlərə meyillilik kimi qələmə verir.
Sonuncu vaqon mələsinin dinlə bir o qədərdə əlaqəsi yoxdur.  Təkcə İran, Misir deyil, hətta İslamın çox az yayıldığı  ölkə olan Yaponiyada belə bir qayda var. Ola bilər dini səhifələrdə bu paylaşımlar həddən artıq olsun. Belədə olmalıdır və düzgün addımdır. Bəziləri tərəfindən inanıram ki #sonuncuvaqon Adəm və Həvvaya bağlanacaq. Yaxşı #sonuncuvaqon olmasın #hərhansıvaqon olsun. Yetər ki, xanımların rahatlıqla gedəcəyi bi yer olsun.  İslam dini mükəmməl dindir və ancaq özündə müsbət cəhətləri cəmləyir. (Durub kimsə mənə məclisdə mollanın səhfini tutub da nağıl danışmasın ilk öncə açsın Quranı oxusun sonra qərarını versin). Təəssüflər olsun ki, son zamanlar dinimiz, müxtəlif ölkələrin təsiri altındakıların sayəsində ancaq terrora meyilli din kimi tanınır.
  1. Müsbət tərəfləri:
Sıxılmadan, çəkinmədən vaqon daxilində rahat hərəkət edə bilərlər. Heç bir qeyri etik davranışa məruz qalmazlar.Bir düşünün  bir bəy loru dildə desək  ürəyincə yeyib içib gəlir.İçkili başda ağıl olmaz. Xanıma qarşı yersiz davranışda bulundu. Nə olacaq? Özünü də xanımı da utandırmayacaqmı? Əgər xanımın yanında bir bəy varsa həmin insanı rəzil rüsvay edəcək bunu başa düşdük. Ya bəy olmzasa? Bax belə xanımlar üçündü #sonuncuvaqon və ya #necəncivaqon  Çoxları deyir bəs ailəlilər nə etsin? Sizə ailənizlə birgə vaqona daxil olmağı qadağan etmirlər! Sadəcə təklif budur ki, qadınların rahatlığı üçün sonuncu vaqon yalnız qadınlar üçün ayrılsın. Bu bir çox ölkələrin təcrübəsində effektiv nəticə əldə edib. Məsələn: Misir, İran, Yaponiya, Hindistan (Siyahı BizimYola məxsusdur)
Fikrimcə gender bərabərliyi, öz ayağının üstündə durma və s.  mövzuların bu mövzu ilə əlaqəsi yoxdur amma sizlər əlaqələndirmək istəyirsinizsə buyurun yol sizindi.  Söhbət qadının zəifliyindən deyil zərifliyindən gedir. Yazımdanda yəqin mövqeyim bəlli oldu.
Hörmətlə.

Post a Comment

أحدث أقدم