Başlamaq üçün ən uyğun zamanı gözləsən heç başlamaya bilirsən. İndi başla, bu anda olduğun yerdən, əlindəkilərlə başla. *Aldous Huxley*
Uğur hər kəsə görə fərqlidir.  Suallarımı cavablandıran müsahibim Sərraf Hüseynovdur.
Haqqında:Bakı slavyan Universitetinin Filologiya Fakultəsinin bitirmişdir. Təhsilini həmin universitetdə magistr, daha sonra doktorant olaraq tamamlamışdır. Gənc yaşlarından icitami siyasi sektorda fəaliyyət göstərir. Bu sahədə yüksək təcrübəyə mailkdir. Bir çox ictimai-siyasi təşkilatların idarə heyyətinin üzvüdür, Prezident Administrasiyasın da məsləhətçi olaraq çalışır.
Çalışdığım qədər şablondan kənar cavablar almaq istədim və hardasa nail oldum :) . Müsahibimdən aldığım cavabları sizlərlə paylaşıram.
1.Xəyalınızdakı müvəffəqiyyətli adamı təqdim edin.
Mən o adamı hələ uydurmaqla (yaratmaqla) məşğulam, bitirdikdən sonra təqdimatını edəcəm.
  1. Hədəf, məqsəd nədir? Nə zaman təyin olmalıdır?
Məqsəd arzu, xəyal şəklində də ola bilər. Amma hədəf məncə mütləq yazılı (dəqiq) olmalıdır. Məsələn sənin məqsədin maşına sahib olmaqdır. Hədəf isə belədir: Mən 25 yaşımın tamamına, 2015-ci il modeli, ağ, 4 motor, full-salon Pradoya sahib olacam. Təyin olunmağına gəlincə isə, bunu insan öz imkanlarına görə dəyərləndirməli və öz bacarığına inanaraq onu müəyyənləşdirməlidir.
  1. Uğur nədir?
Mənim üçün uğur insanın yalnız özünün öz bacarıq və imkanları hesabına əldə etdiyi nailiyyətdir.
  1. Hər kəs uğur qazana bilərmi? Yoxsa dünyaya gələrkən uğurlu insan olaraq mı gəlinir?
Bəli hər kəs uğur qazana bilər, amma və lakin, yalnız ona uyğun sahədə. Bir çox insanların uğursuzluğa düçar olmasının səbəbi düzgün məqam seçməmələri və imkanlarının arzusundan kiçik olmasıdır. Milyarderin ailəsində doğulsan belə, elmin və helmin olmasa uğursuzluq daima səni izləyəcək.
  1. Müvəffəqiyyət qazanmaq üçün nə etmək lazımdır? Nələrdən vaz keçmək lazımdır?
Müxtəlif sahələrdə müvəfəqiyyət qazanmağın tələbləri başqadır. Məsələn dahilərdən biri deyib ki, alim olmaq üçün daha çox yadda saxlamaq deyil, daha çox unutmaq lazımdır. Biznes sahəsində müvəffəqiyyət qazanmaq üçün səndən əvvəlki uğurlu biznesmenləri yaxşıca öyrənmək və onların səhvlərini təkraralamamaq lazimdir. Təkcə elmdən başqa digər bütün sahələrdə müvəffəqiyyət qazanmaq üçün heç nədən vaz keçməməlisən.
  1. Uğur ya şans ?
Şans uğuru doğuran vasitələrdən yalnız biridir mənim üçün. Şansın məqamından asılı olaraq uğur qazanmaqda payı 0%-dən 100%-ə qədər ola bilər. Mən yalnız uğur və bəxt sözlərinin arasında “ya” bağlayıcısı qoya bilərəm.
  1. Uğursuzluq ya təcrübə?
Uğursuzluğun özü də bir təcrübədir.
  1. Bəzən uğursuzluqların təməli ailənin doğru istiqamət göstərməməsi olur. Övlad başqa istiqamət istədiyi halda ailə digər yönü göstərir. Sizcə bu doğrudurmu və məsləhətiniz?
Bu söhbət Azərbaycanda qəbul imtahanı vaxtı başlayır və birinci kursun birinci semestri bitənə qədər davam edir. Gəlin bunu da valideynlərin boynuna qoymayaq, onsuz da ixtisaslar qruplaşdırılıb, valideyn də kimyanı sevən övladı üçün tarix müəllimliyi ixtisasını seçə bilməz. Guya abituriyent filologiyada yox, tarixdə oxusaydı gələcəkdə deputat olacaqdı. Özümüzü aldatmayaq.
  1. Ən böyük uğrunuz?
Ailəm.
  1. Müvəffəqiyyətli idarəçilik tərzi hansıdır?
Demoqoqiyaya çevrilmək təhlükəsi olmayan demokratiya.
  1. 3 addımda müvvəffəqiyyət. Hansı addımları məsləhət görərdiniz?
Xəyal qur, inan və əldə et.
  1. Müvəffəqiyyətli olmaqmı çətindir yoxsa o müvəffəqiyyəti saxlamaqmı?
Müvəffəq olan insan çatdığı məqamı anlasa, müvəffəqiyyəti saxlamaq çətin deyil. Məsələn, mən heç vaxt uşaq və ya 18 yaşımda olmaq istəməzdim, bunu heç arzulamıram da. Çünki mən çatdığım məqamı ağır zəhmətim hesabına Tanrıdan hədiyyə almışam. İkinci dəfə Tanrıya da, heç özümə də əziyyət vermək istəmirəm.
  1. İndiyə qədər tanıdığınız müvəffəqiyyətli insan. Özünzüzə və başqalarına örnək olaraq göstərəcəyiniz.
Belə insanların sayı çoxdur. Mən bu fikri hələ təkcə öz ölkəmizi düşünərək deyirəm. Amma konkret kiminsə adını çəkib, insanların fikrini, forsunu dağıtmaq istəmirəm.
  1. Həyatda öyrəndiyiniz ən əsas dərs nədir?
Heç vaxt pislik eləmə, yaxşılğı da yalnız qanan adama elə.
  1. Əgər bilsəydiniz ki bu işi etsəniz uğur qazanacağınız dəqiqdir. Hansı işi görərdiniz?
Mənim dəqiq hədəflərim var və onlara fokuslanmışam, xahiş edirəm, məni yayındırmayın :)
  1. Bugün gördüyünüz işlər gələcək müvəffəqiyyətlərinizin təməlidirmi?
Bəli bu tamamilə belədir. Amma mən əminəm ki, mənim işlərimdən əlavə həm də Gözəl Allahım və Gözəl Bəxtim var.
  1. Tez tez bu problemlərlə qarşılaşırıq. Universiteti diplom xatirinə oxumaq. Buna münasibətiniz?
Nə xatirinə oxuyursansa, oxu. Önəmli olan ali təhsil haqqında sənədin əldə olunmasıdır. Ali təhsil sənədinin olması, bugünkü reallıqda uğurun onlarla açarlarından biridir.
  1. Universiteti bitirdikdən sonra vakasiyalara müraciət ərizəsi göndərərkən cavab gəlir “Təcrübəniz yetərli deyil. 3 və ya 5 il təcrübə lazımdır”. Universiteti yeni bitirən biri üçün böyük problemdir. Bu halda nələri etməyi məsləhət görürsünüz?
Axtarıb təcrübə tələb etməyən iş tapmaq lazımdır. Könüllü işləmək lazımdır. Təcrübə qazanmaq üçün maaşsız, dolanmaq üçün isə maaşlı və təcrübə tələb etməyən iş tapmaq lazımdır. Daha oturub gözləmək lazım deyil.
  1. Gənclərin tez həvəsdən düşməsinin səbəbi nədir?
Yalnız bir qapını döyürlər ona görə də həvəsdən düşürlər. Əgər gəncin hədəfi varsa, o rastına çıxan bütün qapıları döyməlidir, hətta ona lazım olanı əldə etmək üçün kimlərisə bezdirməlidir də. Çünki haqq verilməz, alınar!
  1. Bildiyiniz kimi qəbul imtahanları bitdi. Yeni qəbul olan tələbələrə müvəffəqiyyət qazanmaq üçün nələri məsləhət görərdiniz? Nəticə.
Qəbul olunduqları ixtisası, babasının, atasının və ya özünün seçməsindən asılı olmayaraq oxumalı və qəbul olunduğu ixtisası mükəmməl öyrənməli və öz ixtisasını bilməkdə yoldaşlarından müsbət mənada fərqlənməldir. Bu zaman ali məktəbi bitirər-bitirməz onun biliyinə, savadına ehtiyac duyan şəxs və ya şəxslər özləri gəlib onu tapacaqlar.

Hörmətlə.

Post a Comment

Daha yeni Daha eski