
İnam yoluxucudur çalışmalıyıq ki, bu gözəllik ətrafımıza da yoluxsun. Hər şey görünən qədər çətin deyil. Kənardan çox mürəkkəb gələ bilər sizlərə amma hər şeyi həllə edəcək bir tək bərabərlik var "Xəyal edin=İnanın" . Xəyal etmək ki, ödənişli deyil. Birinə bənzəməyə çalışmayın özünüz olun, bütün problemləri öz yolunla həll et. Bəzən xəyal edirsən hər şey super. Bir anda ağlına gəlir "yox bu mənlik deyil çox çətindir bacramaram". Zatən təbiətin qanunu budur bir şey əldə etmək üçün çox şeyi itirirsən. Bir xəyalı qurub ona çatmaq üçün bir çox problemlərlə rastlaşacaqsınız, uğursuzluqlarınız olacaq. "Bəlkə bu sevdadan vazkeçim" deyə düşünəcəksiniz, çoxları bunu sənə deyəcək. "Niyə belə oldu mən belə olacağını bilmirdim bilsəydim heç xəyallarımın arxasınca düşməzdim" deyə ağlınızdan keçirəcəksiniz. Xəyal qurun və onu reallaştırmağa çalışın ondan əsla vazkeçməyin! Problemləriniz olacaq, hər atdığınız addımda maneələrlə rastlaşacaqsınız. Və zaman keçəcək bütün parçalar yerinə oturacaq. Heç bir problem həll olmadan qalmır! Hər maneələri aşınca Rabbimize şükür edin! İnanın, inanın xəyallarınıza çatacağınıza inanın! Günü-gündən özünüzü inkişaf etdirin,özünüzə yatırım edin, özünüzə hədəf qoyun, bütün əngəlləri aşmağa çalışın! QORXMAYIN! Bacarmazsam diyə özünüzə sualda verməyin!Sən nə əngəllər aşdın, bunumu keçə bilməyəcəksən?! Xəyallarına çatmaq üçün əlindən gələni edənlər üçün həyat tam fərqli anlama sahibtir!
İnanın! Gülümsəyin! Qurduğunuz Xəyallara çatın!
Hörmətlə.
Yorum Gönder